Moskvada X Beynəlxalq Kukla Salonu təşkil ediləcək

Moskvada X Beynəlxalq Kukla Salonu təşkil ediləcək

Oktyabrın 2-dən 5-dək Moskvada X Beynəlxalq Kukla Salonu təşkil ediləcək. SİA-nın verdiyi məlumata görə, ziyarətçilər bu ilki yubiley salonunda kukla "ulduzları, çarları və prezidentləri" görə biləcəklər.

Ekspozisiyaya dirçəldilmiş və müasir şarnir kuklalar, 3D printerində hazırlanmış kuklalar, XIX əsrin texnologiyasından istifadə etməklə gümüş üzərində fotolayihə, Çarskoye Selodan gətirilmiş II Nikolayın uşaqlarına aid yolka bəzəkləri və digər oyuncaqlar kimi eksponatlar daxildir.

Tədbirdə daha vacib məqam isə tanınmış adamların kukla hazırladıqları "Uşaqlara – kukla paradı" xeyriyyə layihəsidir. Məqsəd əldə edilən pulu bahalı müalicəyə ehtiyacı olan uşaqlara yardım etməkdir.

Qeyd edək ki, Svetlana Pçelnikova 2013-cü il noyabrın 8-də Bakıda Muzey mərkəzində kukla art sənəti üzrə ustad dərsi keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə