Bu günün tarixi

Miladi: 23 avqust 2014
Hicri: 26 şəvval 1435

İlin 234-cu günü
İlin sonuna 131 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05:43
Günəş - 06:58
Zöhr - 13:48
Əsr - 18:06
Məğrib – 20:44
İşa – 22:09

634-cü ildə I İslam xəlifəsi Əbu Bəkr vəfat edib.

1514 - Səfəvi dövlətinin başçısı Şah I İsmayılın qoşunları ilə Osmanlı sultanı I Səlimin ordusu arasında Çaldıran düzündə (Maku yaxınlığında) döyüş baş verib. Döyüşdə Səfəvi ordusu məğlub olib. Osmanlı ordusu Xoy, Mərənd və Təbrizi tutub. Çaldıranda qələbə sayəsində Osmanlı dövləti Ərzurum daxil olmaqla Şərqi Anadolunu ələ keçirib. Çaldıran məğlubiyyəti Səfəvilər dövlətinin hərbi siyasi nüfuzuna ağır zərbə vurub.

1722 - I Pyotrun komandanlığı altındakı rus qoşunları Dərbəndi ələ keçiriblər, Azərbaycanın Xəzərsahili bölgələrinin işğalı başlanıb. Bir qədər sonra Bakını (1723) ələ keçirən rus qoşunları Lənkəran-Astara, daha sonra isə Ənzəliyədək irəliləyiblər.

1939-cu ildə Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalanıb, məhz bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım olub.

1940-cı ildə almanlar Londonu bombardman edib.

1942-ci ildə Stalinqrad uğrunda döyüşlər başlayıb

1943-cü ildə Azərbaycanın xalq artisti Şahmar Ələkbərov anadan olub.

1993-cü ildə Azərbaycanın Füzuli və Cəbrayıl şəhərləri ermənilər tərəfindən işğal olunub.

1993-cü ildə ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə