Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin inkişafı istiqamətində mühüm işlər görülür
Bu gün Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevin rəhbərliyi ilə "Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı (2015-2020-ci illlər)"nın layihəsi müzakirə olunub. Azərbaycan Milli Kitabxanasından SİA-ya verilən məlumata görə, müzakirədə paytaxtdakı bir sıra kitabxanaların rəhbərləri və bu sahə üzrə mütəxəssislər iştirak ediblər.
Tədbirdə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın nəticələri haqqında məlumat verilib.
Sonra yeni layihə ətrafında müzakirələr aparılıb, layihəyə bir sıra mühüm təkliflərlə yanaşı, iradlar da bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB