“Bir ailəm var” serialını izləyənlərə şad xəbər

“Bir ailəm var” serialını izləyənlərə şad xəbər

Azərbyacanda ən baxılan seriallardan olan "Bir ailəm var" serialı yeni mövsümdən tamaşaçıların qarşısına çıxacaq. SİA-nın verdiyi məlumata görə, serialda xalq artisti Həmidə Ömərova, əməkdar artist Elşən Rüstəmov, aktyorlar Kənan Yusifov, Rada Nəsibova, Elnur Kərimov, Vüsalə Həsənli, Zəfər Hüseynzadə və başqaları iştirak edirlər.

Serialın quruluşçu rejissoru Rüfət Şahbazov, Vüsal Məmmədov, baş senarist Valeh Əhmədovdur.

Qeyd edək ki, "Bir ailəm var" serialı sentyabrın 8-i, saat 22:20-dən etibarən həftə içi 5 gün Xəzər televiziyasında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə