Xəbər verdiyimiz kimi bu gün görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları, C.Nehru adına beynəlxalq mükafat laureatı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun ad günüdür. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabana gələrək maestronun məzarı önünə təzə-tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Niyazi mənzil-muzeyinin müdiri Rza Bayramov ziyarətə gələnlərə Niyazinin dirijorluq və bəstəkarlıq fəaliyyəti haqqında ətraflı məlumat verib, onun dünya musiqi tarixində xidmətlərini xüsusi vurğulayıb.
Daha sonra Niyazinin mənzil-muzeyində keçirilən "Açıq qapı" günü çərçivəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova maestronun həyat və yaradıcılığından geniş söhbət açıb.
Qonaqlara maestro haqqında film, onun konsertlərindən, "Rast" muğam-baleti və "Çitra" baletindən videogörüntülər nümayiş etdirilib.
Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB