Gənc vokalçı yenidən “Koroğlu” obrazını canlandıracaq

Gənc vokalçı yenidən “Koroğlu” obrazını canlandıracaq

Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olunacaq. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq tamaşada Koroğlu rolunu gənc vokalçı Ramil Qasımov ifa edəcək.

Tamaşada Həsən xan rolunu Xalq Artisti Şahlar Quliyev, Nigar obrazını isə İlahə Əfəndiyeva canlandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə