Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında əlaqələr genişlənir

Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında əlaqələr genişlənir

Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Jose Jater Pena M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub. SİA-nın verdiyi məlumata görə, görüşdə direktor Kərim Tahirov Azərbaycan-Kolumbiya mədəni əlaqələrindən, beynəlxalq əməkdaşlıqdan söhbət açıb.

Tərəflər hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da genişləndirilməsi, kitab mübadiləsinin artırılması və qarşılıqlı əməkdaşlıq memorandumunun hazırlanması haqqında müzakirələr aparıblar.

Müvəqqəti işlər vəkili Kolumbiyanın görkəmli yazıçısı Qabriel Qarsiya Markesin ingilis dilinə tərcümə olunmuş bir sıra kitablarını kitabxanaya təqdim edib.

Qeyd edək ki, qonağa isə "Azərbaycan Milli Kitabxanası. Fotoalbom" və "Azərbaycan xalçaları" kitabları hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə