Hər il yeni konsert mövsümünə böyük məsuliyyətlə, yüksək səviyyədə hazırlaşan Heydər Əliyev Sarayı bu mövsümdə də zəngin proqramla qapılarını tamaşaçıların üzünə açacaq. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu konsert mövsümündə insanlar saray səhnəsindən maraqlı, rəngarəng, möhtəşəm konsert və tədbirlərə tamaşa edəcəklər.
Heydər Əliyev Sarayı yeni konsert mövsümünü sentyabrın 19-da "İsti payızın sərin nəğmələri" adlı geniş konsert proqramı ilə açacaq. Sarayının təşəbbüsü ilə keçiriləcək konsertdə ölkənin ən tanınmış sənətçiləri, xalq artistləri, əməkdar artistlər, muğam ustaları, tanınmış müğənnilər və rəqs qrupları iştirak edəcək.
Qeyd edək ki, konsert sentyabrın 19-u, saat 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB