Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olunacaq. Tamaşa Heydər Əliyev Fondunun dəstəyi ilə sentyabr ayında baş tutacaq Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşəcək. Tamaşada Koroğlu rolunu Musiqi Kollektivləri Birliyinin rəhbəri, vokalçı Ramil Qasımov ifa edəcək. Bu barədə SİA-ya Ramil Qasımovun mətbuat katibi məlumat verib. Operanın sentyabrın 24-də nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, tamaşada Nigar rolunu İlahə Əfəndiyeva, Həsən xan rolunu xalq artisti Şahlar Quliyev ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB