Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqust ayının 29-da saat 11:00-da Qusar şəhərində Heydər Əliyev Mərkəzində (Mirzə Vəliyev küçəsi) Qusar, Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB