Anar Heybətov: “İki serial və iki fərqli xarakterlə rol ifa etmək çətindir” FOTOLAR

Anar Heybətov: “İki serial və iki fərqli xarakterlə rol ifa etmək çətindir” FOTOLAR

Sevilən aktyor Anar Heybətov yeni seriala çəkilir. Bu haqda SİA-ya aktyorun özü məlumat verib: "Hazırda "Oskar film production" tərəfindən və Yaşar Əhmədovun rəhbərliyi ilə serial çəkilişlərinə başlamışıq. Çəkilişlərə avqust ayının 15-dən start vermişik. Serial isə noyabr ayında ATV telekanalında nümayiş olunacaq. Maraqlısı burdadır ki, mən bu serialda mənfi qəhrəmanın rolunu canlandırıram. Hələlik, serialın adını açıqlamağa icazə verilmir. İnşaallah yaxın zamanda serialların adı və aktyor heyəti haqqında məlumat verəcəyik. Bundan əlavə başqa bir serialda da çəkilirəm. Ancaq ikinci serialda müsbət rolla tamaşaçıların qarşısına çıxacam. İkinci serialın çəkilişinə avqust ayının 20-də başlayacağıq. İki serial və iki fərqli xarakterlə rol ifa etmək çətin olsa da, çox maraqlıdır. Ümid edirəm ki, izləyicilər hər ikisini bəyənəcəklər".

Qeyd edək ki, aktyor Anar Heybətov sonuncu dəfə "Pərvanələrin rəqsi" serialında çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə