Müslüm Maqomayevin xatirəsi qəlbində əbədi yaşayacaqdır

Müslüm Maqomayevin xatirəsi qəlbində əbədi yaşayacaqdır

Avqustun 17-də Bakıdakı Fəxri xiyabanda zəmanəmizin tanınmış müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə həsr olunub. Dövlət və hökumət nümayəndələri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət təmsilçiləri Fəxri xiyabanda Müslüm Maqomayevin məzarı önünə əklil və tər çiçək dəstələri qoyublar.

Anım mərasimində Xalq Artisti Eldar Quliyev böyük musiqiçi Müslüm Maqomayevin şərəfli ömür yolundan və təkrarolunmaz zəngin yaradıcılıq axtarışlarından söz açıb. O, qeyd edib ki, yüksək istedada malik M.Maqomayev böyük həya və sənət yolu keçib.

E.Quliyev deyib: "Müslüm yaxşı dost və gözəl insan idi. Vətəni Azərbaycanı çox sevirdi. "Əlvida, Bakı" mahnısını öz sevimli şəhərinə həsr etmişdi".

Sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq Artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya tədbirin iştirakçılarına minnətdarlığını bildirərək qeyd edib ki, Müslüm Maqomayevin xatirəsi böyük musiqiçinin pərəstişkarlarının qəlbində əbədi yaşayacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə