“Ölkəmizi tanıyaq” ekskursiya turlarında məktəblilər Şəkidə olublar FOTOLAR
"Ölkəmizi tanıyaq" devizi altında respublikamızın ayrı-ayrı bölgələri, onların spesifik xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrindən olan IX-XI sinif şagirdləri üçün ekskursiya turları təşkil olunur. SİA-nın verdiyi məlumata görə, ekskursiya turları hər bir bölgə üçün əvvəlcədən müəyyənləşdirilmiş təqvim qrafiki üzrə aparılır.
Tur çərçivəsində Qobustan və Hacıqabul rayonlarından olan məktəblilər Şəkidə olub. Şəki şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə bu məqsədlə yaradılmış qərargah üzvləri qonaqları Heydər Əliyev Mərkəzində qarşılayıblar. Burada Şəki şəhər İcra Hakimiyyəti Başçısının müavini Zərinə xanım Cavadova Şəki şəhəri və rayonunun tarixi, iqtisadiyyatı, tarix və mədəniyyət abidələri və sosial obyektləri barədə onları məlumatlandırıb, Şəkidə olduqları müddətdə şagirdlərə mənalı istirahət arzulayıb. Sonra qonaqlar şəhərdəki Olimpik idman kompleksində yerləşdiriblər.
Ertəsi gün ekskursiya turunun iştirakçıları Şəki Xan sarayı, tarix-diyarşünaslıq muzeyi, Xalq Tətbiqi Sənəti Muzeyi, Yuxarı Karvansaray, Mərkəzi Cümə məscidi və rayonun Kiş kəndində yerləşən Alban məbədi ilə tanış olublar.
Şəhərdəki musiqi kollektivlərinin üzvləri tərəfindən Şəkidəki 600 nəfərlik Yay kinoteatrında Qobustan və Hacıqabul rayonlarından olan qruplar üçün ayrı-ayrılıqda rəngarəng proqramla konsert təşkil olunub.
Şagirdlər üçün Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinə ekskursiya təşkil edilib.
Qeyd edək ki, bununla da səfər proqramı başa çatıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB