Naxçıvanlı rəssamlar müasir üslubda işlənilən rəsmlərə maraq göstərirlər
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində gənc rəssamlar üçün ustad dərsi keçirilib. SİA-nın verdiyi məlumata görə, Bakı şəhərindən dəvət olunmuş Azərbaycan Respublikasının Əməkdar Rəssamı Eldar Qurbanov gənc rəssamlara abstrakt cərəyanda çəkilən rəsmlər haqqında məlumat verib, modern üslubda işlənən bu növ rəsmlərin texnikasından danışıb.
Hazırda dünyada bu janra maraq göstərən xeyli rəssamın olduğunu deyən Eldar Qurbanov gələcəkdə bu sahədə naxçıvanlı rəssamların da uğur qazanacaqlarına əminliyini bildirib, onlara yaradıcılıqlarında müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, Əməkdar Rəssam Eldar Qurbanov "Naxçıvan – bəşəriyyətin beşiyi" mövzusunda keçirilmiş I və II Beynəlxalq rəsm festivallarının iştirakçısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB