Miladi: 15 avqust 2014
Hicri: 18 şəvval 1435
İlin 226-ci günü
İlin sonuna 139 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 05:33
Günəş – 06:50
Zöhr – 13:49
Əsr – 18:13
Məğrib – 20:55
İşa – 22:23
1769-cu ildə Fransa imperatoru Napoleon Bonapart anadan olub.
1784 - Görkəmli şair, Azərbaycanın realist və satirik poeziyasının banilərindən biri Qasım bəy Zakir (1784-1857) Şuşada anadan olub.
1867 - Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttərxan (1867-1914) anadan olub. 1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edən Səttərxan təkcə Cənubi Azərbaycanda deyil, bütün İranda adı ehtiramla anılan tarixi şəxsiyyətdir. Məşrutə inqilabında oynadığı rola görə Səttərxan İranda şah rejimi devriləndən sonra "Milli sərdar" adına layiq görülüb. 1914-cü ildə terror nəticəsində qətlə yetirilib.
1905 - Rusiyanın Nijni-Novqorod şəhərində Ümumrusiya müsəlmanlarının I qurultayı başlanıb. Azərbaycanlıların da təmsil olunduğu qurultayın məqsədi Rusiya Dumasına nümayəndələrin seçilməsi idi. Qurultayda "Rusiya imperiyasında müsəlmanların vəziyyəti və problemləri" mövzusunda əsas məruzə ilə Əlimərdan bəy Topçubaşov çıxış edib.
1906-cı ildı Azərbaycan müəllimlərinin I qurultayı keçirilib.
1914-cü ildə Panama kanalından ilk gəmi keçib.
1925-ci ildə türk aktyoru Münir Özkul (Mahmud hoca) anadan olub.
1926-cı ildə Xalq şairi Qabil dünyaya gəlib.
1935-ci ildə Hitler almanlarla yəhudilərin ailə qurmasını qadağan edib.
1962-ci ildə türk futbolçu və idman şərhçisi Rıdvan Dilmən anadan olub.
1965-ci ildə Azərbaycanın xalq artisti Afaq Bəşirqızı anadan olub.
1972-ci ildə amerikalı aktyor Ben Afflek anadan olub.
1983-cü ildə rus musiqiçi Timati anadan olub.
1992-ci ildə Azərbaycanın milli pul vahidi - manat dövriyyəyə buraxılıb.
1994-cü ildə Azərbaycan Respublikası Sinqapur ilə diplomatik əlaqələr qurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB