Azərbaycanın ölməz filosof-şairi Hüseyn Cavidin "Peyğəmbər" əsəri İranın Urmiya şəhərindən olan tədqiqatçı və şair Əkbər Həmidi Əlyar tərəfindən fars dilinə tərcümə olunub. O, əsəri Hüseyn Cavidin ev-muzeyinə, eləcə də muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıya hədiyyə edib. SİA-nın verdiyi məlumata görə, bu əsər fars dilində Hüseyn Cavidin ən birinci tərcümə və çap edilmiş əsəridir.
Artıq muzeydə Hüseyn Cavid irsinin təbliği sayəsində mühüm addımlar atılmaqdadır. Bu günlərdə AMEA Hüseyn Cavidin ev-muzeyini ziyarət edən tədqiqatçı və şair Əkbər Əlyar bildirib ki, yaxın dövrlərdə ədibin əsərlərinin külliyyatını fars dilinə tərcümə edəcəkdir. Bu, H.Cavidi İranda daha geniş tanıdacaq və bir çox tədqiqatçılara onun əsərlərini araşdırmaq imkanı verəcək.
Səhiyyə Nazirliyinin 2014-cü il üçün tədbirlər planına uyğun olaraq, Qax Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində könüllü qanvermə aksiyası keçirilib. SİA-nın vediyi məlumata görə, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının həkim və tibb işçiləri tərəfindən həyata keçirilən aksiya zamanı 100 könüllüdən qan alınıb.
Gün ərzində davam edən bu xeyirxah aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının, yerli icra və bələdiyyə qurumlarının əməkdaşları fəallıq göstəriblər.
Qeyd edək ki, toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra talassemiya və hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB