Rövşən Almuradlı reanimasiyaya yerləşdirilib

Rövşən Almuradlı reanimasiyaya yerləşdirilib

Rejissor Rövşən Almuradlının səhhəti ağırlaşıb. Bu haqda SİA-ya rejissorun oğlu Kamal Almuradlı məlumat verib: "Atamın vəziyyəti qənaətbəxş deyil. Ona görə də Sumqayıt şəhər 1 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər. Atama ağır işemiya diaqnozu qoyulub. İnfakta keçməməsi üçün intenesiv müalicə aparılır. Vəziyyəti stabilləşəndən sonra Bakıya aparılacaq. Çox güman ki, ürəyindən əməliyyat olunacaq. Atamın səhhətinin belə pisləşməsi təbii ki, işində olan problemlərlə də bağlıdır. Onu da deyim ki, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Sənubər İsgəndərli, Fizuli Hüseynov, aktyor Gəray Əlibəyov və başqa sənət dostları mütəmadi olaraq atamın səhhəti ilə maraqlanırlar. Onu da xüsusilə diqqətinizə çatdırım ki, atam Sumqayıt şəhər Səhiyyə şöbəsinin nəzarətindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə