Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək

Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək

Görkəmli kinoaktyor və rejissor Şahmar Ələkbərovun xatirə gecəsi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, kino salnaməsində adı fəxrlə yad edilən, kinonu tamaşaçıya sevdirən, yaratdığı müxtəlif obrazlarla həmişəlik yaddaşlara həkk olunan Şahmar Ələkbərov haqqında onun dostları və yaxınları xatirələri ilə bölüşəcək. Sənətkarın yaradıcılığını əks etdirən foto sərgi nümayiş olunacaq.

Qeyd edək ki, Şahmar Ələkbərovun xatirə gecəsi avqustun 14-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə