Son günlər turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərin sayında artım müşahidə olunur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bəzən burada istirahət edənlərin diqqətsizliyi və səhlənkarlığı nəticəsində bədbəxt hadisələr baş verir. Bu cür xoşagəlməz halların təkrarlanmaması üçün turistlərə müvafiq təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Bununla yanaşı, yuxarıda qeyd olunan obyektlərinin rəhbərlərinə hovuz və çimərliklərdə istirahət edən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarətin gücləndirilməsini və müvafiq dövlət qurumları ilə əməkdaşlıq etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB