Şagirdlər üçün maarifləndirici turlarının növbəti mərhələsi davam etdirilir FOTO

Şagirdlər üçün maarifləndirici turlarının növbəti mərhələsi davam etdirilir FOTO

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasında yaşayan və təhsil alan 9-10-11-ci sinif şagirdləri üçün cari ilin avqust və sentyabr aylarında maarifləndirici turlarının növbəti mərhələsi davam etdirilir. SİA-nın verdiyi məluymata görə, respublikanın 53 rayon və şəhərlərindən olan şagirdlər üçün keçirilməsi planlaşdırılan turun II mərhələsi 10 avqust tarixində başlayıb.

Xaçmazdan və Qusardan olan şagirdlərin Gəncə - Şəmkir - Göygöl istiqamətində, Ağstafadan və Tovuzdan olan şagirdlərin Quba - Qusar - Xaçmaz istiqamətində, Qobustandan və Hacıqabuldan olan şagirdlərin isə Şəki - Qəbələ - İsmayıllı istiqamətində səyahətləri davam etdirilir.

Qeyd edək ki, tur zamanı şagirdlər bölgələrin tarixini, mədəniyyətini və təbiətini əks etdirən nümayiş obyektlərinə ziyarət edir və böyük maraqla məlumatlarla tanış olurlar. Belə turların gənc nəslin Azərbaycanın bütün bölgələrini tanımasında və gələcəkdə vətənisevən səyahətçilərə çevrilməsində böyük rolu olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə