İran Aşıqlar Birliyinin sədri Hüseyn Cavidin ev-muzeyində olub

İran Aşıqlar Birliyinin sədri Hüseyn Cavidin ev-muzeyində olub

İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şahbazi AMEA Hüseyn Cavidin ev-muzeyində olub. SİA-nın verdiyi məlumata görə, muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qonağa böyük şair və dramaturq Hüseyn Cavidin həyat və ədəbi irsi, Hüseyn Cavidin ev-muzeyi və şairin istedadlı oğlu Ərtoğrol Cavidin aşıq yaradıcılığına dair araşdırmaları haqqında ətraflı məlumat verib.

G.Babaxanlı qeyd edib ki, Ərtoğrol Cavidin Azərbaycanın bölgələrindən topladığı folklor nümunələri muzey tərəfindən sistemləşdirilib və "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" adı ilə 10 cilddə nəşr etdirilib.

Qonaq Əkbər Həmidi Əlyarın fars dilinə tərcümə etdiyi Hüseyn Cavidin "Peyğəmbər" əsərini və özünün müəllifi olduğu "İran aşıqları və ədəbiyyatı" kitabını hədiyyə edib.

Aşıq Səlcuq Şahbaziyə "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə