Samux rayon gənclərinin I yaradıclıq festivalı təşkil ediləcək
12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə Samux rayon gənclərinin I yaradıclıq festivalı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Samux Rayon İcra Hakimiyyətinin və rayondakı Heydər Əliyev Mərkəzinin dəstəyi ilə reallaşacaq festival çərçivəsində konfrans təşkil olunacaq.
Qeyd edək ki, bu gün axşam saatlarında Samux Rayon Heydər Əliyev Parkında əyləncəli tədbir təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB