Azərbaycan Dövlət Pantomima Teatrı yeni mövsümü sentyabrın 20-də dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırladığı "Manqurt" tamaşası ilə açacaq. SİA-nın verdiyi məlumata görə, aktyor Ceyhun Dadaşovun quruluş verdiyi tamaşanın rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissoru Xalq Artisti Bəxtiyar Xanızadədir.
Bildirilib ki, uzun illərdir teatrın repertuarda olan bu tamaşa yeni mövsümdə sənətsevərlərə yeni üslubda təqdim olunacaq. Tamaşada teatrın bütün aktyor heyəti çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB