Lənkəranda bərpa olunmuş eksponatların sərgisi olub FOTOLAR

Lənkəranda bərpa olunmuş eksponatların sərgisi olub FOTOLAR

Hər il olduğu kimi 2014-cü ildə də Lənkəran Tarix-diyarşünaslıq muzeyinin bərpaya ehtiyacı olan eksponatları restavrasiya olunmaq üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə göndərilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, göndərilən eksponatların bir qismi Mərkəz tərəfindən restavrasiya olunaraq muzeyə gətirilib. Bununla bağlı avqustun 8-də bərpa olunmuş 30 adda eksponatın Lənkəran Mərkəzi Kitabxanasında səyyari sərgisi təşkil olunub. Sərgidə muzeyin baş fond mühafizi Xalid Məmmədov bərpa olunmuş eksponatlar haqqında məlumatlar verib, onların tarixi haqqında danışıb. Qeyd edək ki,bu tipli səyyari sərgilər növbəti aylarda da təşkil olunacaq.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə