Karlovı Varı Beynəlxalq Film Festivalının direktoru və kino mütəxəssisləri "Azərbaycanfilm" kinostudiyasının dəvəti ilə bu ilin sentyabrında Bakıya gələcək. SİA-ya nın verdiyi məlumata görə, kino sahəsində çalışan gənclərin öz layihələrini Avropada təqdim etmələri üçün ustad dərslərinə ehtiyac duyulur. Müasir layihələr dünyada necə reallaşdırılır, böyük fondlar və şirkətlərlə layihələr həyata keçirməyin prinsipləri nədir və s. bu istiqamətdə gənclərimizin məlumatlandırılması vacibdir. Bununla əlaqədar ötən il "Xəzər" layihəsi reallaşdırılıb, Avropadan beş mütəxəssis cəlb edilib. Yeni layihə də bu prosesin davamıdır. Eyni zamanda bu layihələr gənclərin gələcəkdə müraciət etdikləri mövzuların aktuallığını əsaslandıra bilməsinə kömək edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB