Bu günün tarixi

833-cü ildə Abbasi sülaləsindən olan xəlifə Məmun vəfat edib.

1173-cü ildə tikintisi 2 il davam edəcək "Pissa" qülləsinin inşaatı başlayıb.

1483-cü ildə Vatikandakı Sikstin Kapella kilsəsi istifadəyə verilib. Bu kilsə İntibah dövrünün ən məşhur sənət əsəri hesab olunur və hazırda muzey kimi fəaliyyət göstərir.

1803-cü ildə amerikalı Robert Fulton Sena çayında ilk paroxodu nümayiş etdirib.

1859-cu ildə amerikalı Natan Eyms ilk eskalatoru patentləşdirib.

1919 - Böyük Britaniya ilə İran arasında bağlanan sazişə əsasən, İran Britaniyadan asılı dövlətə çevrilib, ölkədəki ingilis hərbi qüvvələrinə geniş səlahiyyətlər verilib. Razılaşma Cənubi Azərbaycanda xalq hərəkatını alovlandırıb, Təbrizdə ingilis hökmranlığına qarşı çıxışlar başlanıb, İran şahının valisi şəhərdən qovulub. Bundan sonra ingilis hərbi birləşmələri Təbrizdən çıxarılıb. İngilislərlə İran arasındakı saziş, Cənubi Azərbayjandan fərqli olaraq, Şimali Azərbaycan üçün müsbət cəhətə malik idi. Sənəddə İran tərəfi Azərbaycan Xalq Cumhuriyyətinə qarşı hər hansı ərazi iddiası olmadığını bildirib.

1920 - Bolşevik Rusiyasının XI ordu hissələri Azərbaycanın ardınca Ermənistanı da sovetləşdirmək üçün Sisiyan, Qafan və Gorus istiqamətində hücuma keçərək Dro və Nicdenin daşnak qüvvələrini oradan vurub çıxarıblar. Bolşeviklərin gəlişi daşnakların Zəngəzur bölgəsindəki azərbaycanlı əhaliyə qarşı qırğınlarının qarşısını, qismən də olsa, aldı. Lakin çox keçməmiş bu "xilaskarlıq" əks üzünü göstərdi və Zəngəzur sovet Ermənistanına verildi.

1928-ci ildə Türkiyədə hərf inqilabı olub və ərəb əlifbası əvəzinə latın əlifbası qəbul edilib.

1942-ci ildə Mahatma Qandi ingilislər tərəfindən Bombeydə həbs olunub.

1945-ci ildə amerikanlar Yaponiyanın Xirosima şəhərinə atom bombası atmış, nəticədə 74 min nəfər həlak olub.

1965-ci ildə Sinqapur Malaziyadan ayrılaraq müstəqilliyini elan edib

1992-ci ildə Azərbaycan Mili Ordusunun hissələri Gədəbəy rayonunun Başkənd qəsəbəsini erməni silahlı qüvvələrindən təmizləyib.

1993 - Ali Sovetin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev xarici neft şirkətlərinin nümayəndələri ilə görüşüb. Azərbaycan hökuməti ilə neft şirkətləri arasında danışıqların bərpası barədə razılıq əldə olunub. Heydər Əliyev hakimiyyətə gələndən sonra Xalq Cəbhəsi iqtidarı dövründə xarici şirkətlərlə başlanmış danışıqların dayandırılması, hazırlanan müqavilənin Azərbaycanın maraqları baxımından yenidən işlənilməsi barədə hökumətə göstəriş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə