Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi, professor Cahangir Novruzovun 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Cahangir Novruzovun 60 illik yubiley mərasimi Türkiyənin İstanbul şəhərində baş tutub.
Yubiley tədbirində Novruzovun Azərbaycan incəsənətində, teatr və kinosunun inkişafında uzun illər apardığı yorulmaz fəaliyyətdən danışılıb. Bildirilib ki, Cahangir Novruzov 20 ildir Türkiyədə yaşayır və sənət fəaliyyətini bu ölkədə davam etdirir.
C.Novruzovun Türkiyə və Azərbaycan arasında olan mədəni əlaqələrin inkişafında da xidmətlərinin danılmaz olduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalovun da iştirak etdiyi yubiley tədbiri maraqlı konsert-tamaşa ilə başa çatıb.
Qeyd edək ki, 2014-ci ilin mayında TÜRKSOY-un "20 illik medalı" ilə mükafatlandırılan Cahangir Novruzov 1995-ci ildən Türkiyənin Adana şəhərindəki Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, hazırda həmin universitetin professorudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB