2015-ci ilin mayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək 60-cı "Eurovision" mahnı müsabiqəsinin təşkilatçıları bu yarışmanın şəhərin "Wiener Stadthalle" arenasında keçirilməsi qərarına gəliblər. SİA-nın verdiyi məlumata görə, Vyananın 15-ci rayonunda yerləşən bu kompleks avstriyalı memar Roland Raynerin layihəsi əsasında 1953-1958-ci illərdə inşa olunub və ümumilikdə 16 min tamaşaçı tutur. Arena 6 zaldan ibarətdir. 1974-cü ildə burada "Stadthallenbad" hovuzu da tikilib.
Qeyd edək ki, "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB