Dünya Turizm Təşkilatının növbəti mükafatı

Dünya Turizm Təşkilatının növbəti mükafatı

Dünya Turizm Təşkilatı yüksək nailiyyət və innovasiyaya görə özünün 11-ci mükafatını təqdim edəcək. Mükafatla maraqlananlar namizədliklərini oktyabrın 31-dək irəli sürə bilərlər.

Mükafatlar ayrı-ayrı şəxslər və turizm sahəsində təşəbbüslər kateqoriyaları üzrə veriləcək.

Ayrı-ayrı şəxslərə mükafat onların turizmə dair bilikləri mənimsəmələri və yaratmalarına görə veriləcək.

Turizm sahəsində təşəbbüslər kateqoriyasında isə dövlət siyasəti və idarəçilikdə, müəssisələrdə, qeyri-hökumət təşkilatlarında, tədqiqat və texnologiyada innovasiyalar nəzərə alınacaq.

Sözügedən mükafat 2015-ci il yanvarın 28-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək FİTUR – beynəlxalq turizm ticarət yarmarkasında təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə