Son zamanlar ermənilərin ordumuza qarşı hücumu və 13 əsgərimizin şəhid olması xəbəri əməkdar artist Hüsniyyə Mürvətovaya pis təsir edib. Aktrisa hər kəsi bacardığı qədər dövlətimizə və ordumuza dəstək olmağa çağırıb. Hətta H. Mürvətova SİA-ya açıqlamasında "Qarabağ" mövzusunda dünyaya çıxarılacaq səviyyədə filmlərin çəkilməsini arzulayıb: "Çox istərdim ki, Azərbaycanda dünya səviyyəsində "Qarabağ" müharibəsinə aid film çəkilsin. Mənfur düşmənlərimizin iç üzünü açan bir film olsun. Çünki onlar özlərini dünyaya yazıq millət kimi təqdim edirlər. İstərdim ki, belə filmlərdə mən də rol alım. Bizim kifayət qədər peşəkar aktyorlarımız var. Ancaq xaricdən də işini bilən peşəkar aktyor və rejissorlar dəvət olunmalıdır. Onu da deyim ki, illər əvvəl mən də "Qırmızı qar" adlı filmdə əsl şücaətli Azərbaycan qızı obrazını yaratmışam. Lakin bu film yalnız ölkəmizdə nümayiş olunur. Mən isə istərdim ki, dünyaya çıxacaq səviyyədə filmlər çəkilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB