Azərbaycan Konqreslər Bürosunun “Açıq qapı” tədbiri olacaq

Azərbaycan Konqreslər Bürosunun “Açıq qapı” tədbiri olacaq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu "Açıq qapı" tədbiri təşkil edəcək. SİA-nın verdiyi məlumata görə, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Büronun ilk dəfə keçirəcəyi bu mötəbər tədbirə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edəcək.

Tədbir 4 sentyabr tarixində saat 10:00-da "Fairmont Baku" mehmanxanasında baş tutacaq.

Qeyd edək ki, Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Büro dünyanın müxtəlif ölkələri ilə işləməkdə, hədəf bazarlarla yaxın əlaqə qurmaq, bazar iştirakçılarını ölkəyə cəlb etmək və bütün maraqlı MİCE bazarı iştirakçıları ilə əməkdaşlıq etməkdə qurmaqda maraqlıdır. Bu istiqamətdə möhkəm və səmərəli əlaqələrin qurulması üçün müxtəlif addımlar atılır ki, bunların arasında beynəlxalq konqres və seminarlarda iştirak, hədəf bazarlara satış missiyalarının göndərilməsi, seminar və təlimlərin keçirilməsi də aiddir.

Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. Belə bir ittifaq ölkənin MİCE (biznes turizmi) bazarında işləyən təşkilat və müəssisələri bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq. Bu amaldan çıxış edərək, Büro Azərbaycanın biznes turizmi sahəsində çalışan şirkət və firmalarını bu tədbirdə iştirak etməyə dəvət edir.

Tədbir haqqında əlavə informasiyanı www.azcb.com internet səhifəsinə daxil olaraq əldə edə bilər və eləcə də [email protected]ünvanı vasitəsilə Büro ilə əlaqə saxlayaraq öyrənə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə