“Yeddi gözəl” Amerikada nümayiş olunacaq

“Yeddi gözəl” Amerikada nümayiş olunacaq

Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası olacaq. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, balet San-Diyeqo Teatrının ansamblı tərəfindən təqdim ediləcək. Grossmont simfonik orkestrinin müşayiət edəcəyi baletin premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil olunur.

Qeyd edək ki, böyük bəstəkarın 1952-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında yazdığı balet indiyədək dünyanın bir çox ölkələrində uğurla tamaşaya qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə