Lənkəranda “Azərbaycan uşaqların gözü ilə” adlı sərgi keçirilib

Lənkəranda “Azərbaycan uşaqların gözü ilə” adlı sərgi keçirilib

Avqustun 4-də Lənkəran Heydər Əliyev Mərkəzində "Azərbaycan uşaqların gözü ilə" başlığı altında rəsm işlərinin sərgisi təşkil olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, sərgidə Azərbaycana həsr olunmuş rəsm işləri nümayiş olunub. Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İlqar Əzimov əməkdaşmızla söhbətində bildirib ki, tədbirin əsas məqsədi doğma Azərbaycanın turizm potensialını, mədəniyyətini, zəngin adət-ənənələrini bir daha uşaq və yeniyetmələrə tanıtmaq və təbliğ etmək olub.

Sərgi avqustun 6-dək davam edəcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə