Xaçmazda könüllü qanvermə aksiyası keçirilib

Xaçmazda könüllü qanvermə aksiyası keçirilib

"Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Xaçmazda növbəti qanvermə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə B.Eyvazov adına Respublika Hematologiya və Transfiziologiya İnstitutunun əməkdaşları tərəfindən həyata keçirilən xeyriyyə aksiyasında 123 nəfər könüllü qan verib.

Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən qanvermə aksiyasında rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon sakinləri iştirak ediblər.

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən vətəndaşlar əvvəlcə Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən müayinə ediliblər.

Qeyd edək ki, aksiya iştirakçılarından tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə