Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasında yaşayan və təhsil alan 9-10-11-ci sinif şagirdləri üçün cari ilin avqust və sentyabr aylarında maarifləndirici turların keçirilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə, respublikanın 53 rayon və şəhərlərindən olan şagirdlər üçün turlar avqust və sentyabr ayları ərzində müəyyən olunmuş qrafik üzrə 3 istiqamətdə (Gəncə-Şəmkir-Göygöl, Şəki-Qəbələ-İsmayıllı və Quba-Qusar-Xaçmaz) həyata keçiriləcək.
Turlar zamanı şagirdlər bölgələrimizin zəngin tarixi, mədəniyyəti və təbiəti ilə əyani tanış olacaqlar.
İlkin olaraq Lənkərandan olan 40 nəfər şagird Gəncə, Şəmkir və Göygöl istiqamətində, Qubadan olan digər 40 nəfər şagird isə İsmayıllı, Qəbələ və Şəki istiqamətində səyahətə başlayıb.
Qeyd edirik ki, müəyyən olunmuş qrafikə uyğun olaraq turlar avqustun 01-dən sentyabrın 06-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB