Bu ilin 6 ayında "Yardımlı" Elektrik Şəbəkəsi Müəssisəsi üzrə istehlak 9,3 milyon kilovat-saata yaxın olub. SİA-nın verdiyi məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,1 milyon kilovat-saat çoxdur. Daimi əhali istehlakçı qrupunda isə istehlak təxminən 6,9 milyon kilovat-saat təşkil edib. Ödənişdə 19 faiz artım qeydə alınıb.
Qeyd edək ki, son üç ayda elektrik verilişi xətlərində və transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyat keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB