III beynəlxalq müsabiqəsinin konsertlərinə biletlər artıq satışa çıxarılıb

III beynəlxalq müsabiqəsinin konsertlərinə biletlər artıq satışa çıxarılıb

Oktyabrın 18-19-da Moskvanın "Krokus Siti Holl" səhnəsində keçiriləcək Vokalçıların Müslüm Maqomayev adına III beynəlxalq müsabiqəsinin konsertlərinə biletlər artıq satışa çıxarılıb. SİA-nın məlumatına görə, iki gün ərzində səhnəyə 9 ölkədən 15 gənc ifaçı çıxacaq. Coğrafi əhatəsi genişlənən müsabiqədə bu il iştirak arzusu ilə müraciət edən 18 ölkədən 9-u seçilib.

Qeyd edək ki, konsertlərə biletləri "Krokus Siti Holl"un kassalarından, www.crocus-hall.ru internet səhifəsindən, şəhərin "Ticketland.ru" kassalarından almaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə