Bakıda rok festivalı keçiriləcək

Bakıda "Greenfest" rok festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festivalda Türkiyənin "Duman", "Mor ve ötesi", "Manga" kimi məşhur rok qrupları çıxış edəcək.

"Greenfest" festivalı hər il dünyanın müxtəlif ölkələrinin böyük şəhərlərində keçirilir.

Qeyd edək ki, festival sentyabrın 12-də "Baku Crystal Hall"da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə