Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün geniş konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, "Barokko ariyalar axşamı" adlı konsert Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşacaq. Oya Ergünü konsertində Amerikada yaşayan dünyaca tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq müşayiət edəcək.
Nəzərinizə çatdıraq ki, barokko musiqisi mövzusunda ayrıca təhsil alan O. Ergün Avropanın bir çox şəhərində barokko operalardan baş rollarda çıxış edib.
Qeyd edək ki, konsert avqustun 2-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB