Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Səlmanovanın vəziyyəti yenidən ağırlaşıb. Bu barədə SİA-ya aktrisanın özü məlumat verib: "Səhhətim çox ağırdır. Tez-tez xəstəxanaya gedib dializ olunuram. Aparatın altında vəziyyətim daha da ağırlaşır. 10-15 iynə vurulduqdan sonra oyanıram. Həkimlərin yeganə sözü isə böyrəklərimin təcili dəyişilməsidir. Əks halda heç bir irəliləyiş olmayacaq. Böyrək dəyişilməsə 3-6 aylıq ömrüm olar. Bəlkə də bir ay yaşaya bilərəm. Mən heç kimdən maddi yardım istəmirəm. Yeganə güvənib-sığınacağım yer Heydər Əliyev Fondu və Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Onu da deyim ki, Musiqili Teatrın kollektivi bununla bağlı Heydər Əliyev Fonduna məktub göndərib. Düşünürəm hələ ki, məktub ünvanına çatmayıb. Əks halda müsbət cavab gələrdi.
Nəzərinizə çatdırım ki, mən gözümdən də əməliyyat olunmuşam. Bu əməliyyatı da keçirməyimə səbəb savadsız həkimlər olub. Belə ki, həkim məni aptekə göndərərək iynə vurdurdu. 15 dəqiqədən sonra sistemin altında gözlərim şişdi və qan damarı partladı. Mehriban xanımın yardımı ilə iki dəfə gözlərimdən əməliyyat olundum. Ümid edirəm ki, yenə də mənə kömək olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB