Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə çəkilişləri aparılmış və "İctimai" televiziyada yayımlanması nəzərdə tutulan "Gələrsən, görərsən" adlı televiziya layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinin turizm imkanları işıqlandırılıb. SİA-nın məlumatına görə, teleaparıcı Könül Arifqızı və müğənni Azad Şabanovun aparıcılıq etdiyi bu televiziya layihəsi Azərbaycanın bir-birindən gözəl bölgələri olan Qəbələ, Quba, Xaçmaz, Şəki, Lənkəran, Masallı və digər bölgələrinin paytaxt əhalisinə, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizə və xarici vətəndaşlara tanıdılması yolunda çox uğurlu bir addım olacağı düşünülür.
Qeyd edək ki, sözügedən layihənin ilk buraxılışı Qəbələyə həsr olunacaq və verilişi 31 iyul tarixində, saat 21:30-da "İctimai" televiziyada izləyə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB