“Euronews” telekanalında VI Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlanıb
Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Qəbələdə keçirilən Beynəlxalq Festival artıq dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib. SİA-nın məlumatına görə, milyonlarla tamaşaçı auditoriyası olan populyar "Euronews" telekanalında yayımlanan reportaj da festivala böyük maraq olduğunu təsdiq edir.
Süjetdə bildirilir ki, Qafqazın ən gözəl bölgələrindən biri olan 2500 yaşlı qədim Qəbələ şəhəri hər il dünyanın 200 musiqiçisini bir araya toplayıb tamaşaçılara musiqi "ziyafəti" verir.
Reportajda VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylinin də fikirləri yer alıb. O da bildirilir ki, festivalda ən diqqət çəkən çıxışlar arasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Yohannesburq Simfonik Orkestri və "Kiyev Solistləri" Kamera Orkestri xüsusilə fərqlənir.
Festival çərçivəsində təşkil olunan muğam axşamlarının da tamaşaçılara unudulmaz anlar bəxş etdiyi süjetdə xüsusi vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB