Noyabrın 8-9-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Rusiyanın tanınmış aktyoru Yefim Şifrinin "Şifrinizmı – New" adlı solo konserti olacaq. SİA-nın məlumatına görə, Bakı səhnəsində ilk dəfə çıxış edəcək aktyorun repertuarına daxil olan monoloqlar artıq uzun illərdir Rusiya estradasının qızıl fondunu təşkil edir. Xüsusi atmosfer, arasıkəsilməyən gülüş və ziyalılıq Yefim Şifrinin solo konsertlərinin fərqləndirici cizgiləridir.
Aktyorun Bakıda təqdim edəcəyi yeni solo proqramı təqlidedilməz yumoru və sarsıdıcı satirik monoloqları ilə fərqlənir. "Şifrinizmı – New" əsl bayram, iki saatdan çox avam edəcək şənlik, gülüş və heyranlıqdır.
Yefim Şifrinin konserti dostların axşamı, tamaşaçıların məmnunluğudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB