UNESCO-nun Dünya İrs Mərkəzinin rəsmi nəşri olan "World Heritage" jurnalının bu ilin iyun buraxılışında Şəki şəhərinin tarixinə həsr olunmuş məqalə dərc edilib. SİA-nın verdiyi xəbərə görə, məqalədə Şəki şəhərinin qədim tarixi, zəngin maddi və mədəni irs nümunələri, regionda mövcud olan turizm infrastrukturu haqqında geniş məlumat verilib. Yazıda, UNESCO-nun dünya irsinin ilkin siyahısında yer alan Şəki xanlarının sarayı, eləcə də Kiş məbədi barədə tarixi məlumatlar öz əksini tapıb.
İldə 4 dəfə ingilis, fransız və ispan dillərində nəşr edilən jurnalın hər buraxılışı təxminən 10 min nüsxədə çap edilir və Dünya İrs Mərkəzinin üzvləri, UNESCO-nun milli komissiyaları, ayrı-ayrı ölkələrin mədəniyyət və turizm nazirlikləri, ixtisaslaşmış turizm sərgiləri və fərdi abunəçiləri arasında yayılır.
Jurnalın xüsusi iyun buraxılışı Doha şəhərində keçirilmiş UNESCO-nun Dünya İrs Mərkəzinin 38-ci illik sessiyasına həsr edilib.
Jurnalın elektron variantı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB