Qusar Dövlət Ləzgi Dram Teatrı bu il Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi repertuar planında olan dörd tamaşadan ikisini hazırlayaraq təhvil verib. SİA-nın verdiyi xəbərə görə, bunlar A.Mehmanın "Şurşurali" və M.Əlizadənin "Fırıldaqçılar" tamaşalarıdır. Hazırda teatrda M.F.Axundzadənin "Hacı Qara" və Ə.Sturvinin "Buba" əsərlərinin son məşqləri aparılır.
Qeyd edək ki, bu sənət ocağı təkcə iş planına salınmış əsərlərin hazırlanması ilə işini yekunlaşdırmır. Teatrın yaradıcı kollektivi, eyni zamanda, bütün dövlət əhəmiyyətli tədbirlərində də yaxından iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB