“Şahdağ” Qış–Yay Turizm Kompleksinin xidmətlərindən 1000-dən çox turist pulsuz yararlandı FOTOLAR
Bu gün Qusar rayonunda yerləşən "Şahdağ" Qış–Yay Turizm Kompleksində "Açıq qapı" günü keçirilib. Gün ərzində istirahət mərkəzinə gələn 1000-dən artıq turist 12 növ müxtəlif əyləncə və idman oyunlarından pulsuz yararlanıb. Onlar arasında yerli turistlərlə yanaşı, xeyli sayda əcnəbilər də olub.
Kompleksə gələnlər dağ səyahətləri, uşaqlar və böyüklər üçün mini kvadrosikllərlə gəzinti, dağda seqvey ilə gəzinti, peyntbol, qruplar üçün Skandinaviya gəzintisi və səmtləşmə idmanı üzrə xidmətlərdən ödənişsiz istifadə ediblər.
"Açıq qapı" gününün keçirilməsinin məqsədi turistləri "Şahdağ" Qış–Yay Turizm Kompleksində yay mövsümündə təklif edilən istirahət və əyləncə növləri ilə tanış etmək, mərkəzin imkanlarını göstərməkdən ibarətdir.
"Şahdağ" Qış–Yay Turizm Kompleksində yay mövsümünə sentyabr ayında yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB