Rəssam Mehriban Əfəndi "Mirriad" adlı əsəri ilə "International Surrealism Now" layihəsinin növbəti yeni sərgisində Azərbaycanı təmsil edəcək. SİA-nın verdiyi xəbərə görə, sərgi avqustun 9-dan sentyabrın 6-dək Portuqaliyanın Portu şəhərində "Vieira Portuense" adlı qalereyada keçiriləcək. Budəfəki sərgiyə 28 ölkənin rəssamları qatılacaq və burada rəsm əsərlərindən başqa foto, heykəltəraşlıq və rəqəmsal yaradıcılıq nümunələri də nümayiş olunacaq.
Qeyd edək ki, rəssam Mehriban Əfəndi bu layihəyə 2010-cu ildə Bissaya Barreto Fondunun sponsorluğu və layihənin rəhbəri məşhur Portuqaliya rəssamı Santiago Riberonun xüsusi dəvəti ilə qatılıb. Layihənin məqsədi rəssam Salvador Dalidən sonra müasir dövrdə yaşayıb yaradan professional sürrealistləri bir araya gətirmək və onları dünyada tanıtmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB