Dram Teatrı üçün yeni bina tikiləcək

Dram Teatrı üçün yeni bina tikiləcək

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı üçün yeni bina tikiləcək. Bu haqda SİA-ya Gəncə şəhərinin baş memarı Əli Rüstəmov məlumat verib. Onun sözlərinə görə, bunun üçün Gəncə çayının sağ sahilində 2 hektar torpaq sahəsi ayrılıb. Hazırda ərazidə təmizlik, topoqrafiya və geologiya işləri aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu məqsədlə 3 milyon manat vəsait ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə