“Nəqşicahan – Naxçıvan”

Türkiyənin TRT kanalında "Nəqşicahan – Naxçıvan" sənədli filmi nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə TRT-nin Bakı ofisinin nümayəndəsi Emrah Timuçin Yazıcının hazırladığı sənədli film 2 hissədən ibarətdir. Filmdə Naxçıvanın tarixinə diqqət yetirilir, 1918-ci ildə Araz-Türk Cümhuriyyətinin qurulması və süqutundan, xilaskar türk ordusunun Naxçıvana köməyə gəlməsindən, Sovet İttifaqının 70 illik əsarəti dövründən və 1990-cı ildə Naxçıvana gələn ulu öndər Heydər Əliyevin qədim diyarı bəlalardan xilas etməsindən ətraflı bəhs olunur. Naxçıvandakı tarixi abidələr də filmin əsas süjet xəttidir. Əshabi-Kəhf ziyarətgahı, Nuhun məzarı, Möminə Xatın türbəsi, təbii gözəllikləri ilə ziyarətçilərini ovsunlayan Batabat yaylası sənədli filmdə öz əksini tapıb.

Qeyd edək ki, "Nəqşicahan – Naxçıvan" sənədli filminin 1-ci hissəsi iyulun 23-də Bakı vaxtı ilə saat 15:00 – da "TRT AVAZ" kanalında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə