Mərhum aktyor haqqında yaxınları kitab dərc etdirdi

Mərhum aktyor haqqında yaxınları kitab dərc etdirdi

Üç il bundan əvvəl vaxtsız dünyasını dəyişmiş "Bakılı oğlanlar" komandasının kapitanı, Milli Məclisinin deputatı Anar Məmmədxanov haqqında kitab işıq üzü görüb. SİA-nın verdiyi xəbərə görə, "Şərq-Qərb" nəşriyyat evi tərəfindən çapa hazırlanan yeni kitabı "Özün kimi olmaq" adlanır. Dəyərli kitaba A.Məmmədxanovun məqalə, esse, şərh və açıq məktubları toplanıb. Bu layihənin rəhbəri və təşəbbüskarı onun həyat yoldaşı İradə Məmmədxanova, tərtibçisi isə bacısı Nahidə Məmmədxanovadır. Kitaba yazılmış "Ön söz"ün müəllifi və redaktoru Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundova, naşiri isə "Şərq-Qərb" nəşriyyat evinin direktoru Rasim Müzəffərlidir.

Qeyd edək ki, cari ilin payızda Anar Məmmədxanovun müsahibələrindən ibarət ikinci kitabının da çap edilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə